Afrika kubokunun final mərhələsinin püşkü atıldı
Afrika kubokunun final mərhələsinin püşkü atılıb.

Gələn il 17 yanvar - 8 fevral tarixlərində, Ekvatorial Qvineyada keçiriləcək turnirin qrupların tərkibi belədir:

A qrupu: Ekvatorial Qvineya, Konqo Respublikası, Qabon, Burkina-Faso
B qrupu: Zambiya, Konqo Demokratik Respublikası, Kabo-Verde, Tunis
C qrupu: Qana, Seneqal, CAR, Əlcəzair
D qrupu: Fil Dişi Sahili, Qvineya, Kamerun, Mali

Qeyd edək ki, bundan əvvəl bu turnirin Mərakeşdə keçirilməsi nəzərdə tutulurdu. Ancaq Ebola virusuna görə Mərakeş turnirə ev sahibliyi etməkdən imtina edib.

Xəbər 1152 dəfə oxundu.