"Lans" "Monako"ya uduzdu
Fransa Liqasında 16-cı turun oyunlarına start verilib

İlk matç günündə 3 görüş keçirilib.

Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Lans” səfərdə “Monako” ilə qarşılaşıb. Oyun "Monako"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Lider “Marsel” isə “Loryen”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər - 1:1.

Qeyd edək ki, tura dekabrın 4-ü “Lion” - “Reyms” matçı ilə yekun vurulacaq.

Xəbər 807 dəfə oxundu.