“Bakı” Rusiya klubu ilə üz-üzə gələcək

AFFA-nın Türkiyəyə göndərdiyi “Bakı”nın 15 yaşlılardan ibarət komandasının (U-15) hazırlıq proqramı açıqlanıb. AFFA-nın təşkil etdiyi "Kapital Bank U-15 Liqa"nın 2010-2011-ci il mövsümünün qalibi olmuş “zolaqlılar” Antalyada 3 yoxlama oyunu keçirəcək. Bu gün saat 19:30-da “Antalya Özer Spor”, yanvarın 13-də həmin vaxtda Hollandiyanın “Den Haaq”, 16-da Rusiyanın “Zenit” klubunun 17 yaşlılardan ibarət komandası ilə matç keçiriləcək. Hazırlıq mərhələsi yanvarın 18-də yekunlaşacaq.
Qeyd edək ki, “Bakı”nın U-15-i turnirin əsasnaməyə uyğun olaraq, AFFA-nın hesabına yanvarın 8-dən qardaş ölkəyə təlim-məşq toplanışına göndərilib. Toplanışın 7 günü AFFA-nın, 4 günü klubun hesabına reallaşdırılacaq.

Xəbər 983 dəfə oxundu.