Foqtsla Sadıqov qalibi düz tapdılar
Ötən il dünyanın ən yaxşı futbolçu ilə bağlı sorğunun nəticəsi Azərbaycan milli komandasının tarixinə düşdü. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, səsvermədə iştirak edən millimizin baş məşqçisi Berti Foqtsla kapitanı Rəşad Sadıqovun hər ikisi ilk dəfə qalibi düz tapdılar. Bu, ardıcıl 3-cü dəfə “Qızıl top”u qazanan “Barselona”nın argentinalı hücumçusu Lionel Messi olub.
Bununla da 2008-ci ilin aprelindən yığmamızın “sükanı arxası”nda olan Foqts nəhayət, qalibi düz taparaq, siftə etdi. 66 yaşlı almaniyalı mütəxəssis əvvəlki sorğularda digər hücumçular - ispaniyalılar David Vilya ilə Fernando Torres, uruqvaylı Dieqo Forlana 1-ci yerdə səs vermiş və onların heç biri qalib olmamışdı. Rəşad isə 2009-cu ildə Messini ən yaxşı göstərmişdi ki, 25 yaşlı argentinalının het-triki həmin vaxtdan başlayıb. Sadıqov 2008-ci ildə Torresi, 2010-cu ildə hollandiyalı yarımmüdafiəçi Uesli Sneyderi 1-ci yerdə göstərmişdi. 30 yaşlı kapitanımız düz tapmayanda portuqaliyalı hücumçu Kriştianu Ronaldo ilə Messi qalib oldu.

Xəbər 953 dəfə oxundu.