"Traktor Sazi" liderliyini qaytara biləcəkmi?
İran çempionatında 16-cı turun oyunları keçirilir.

Cənubi Azərbaycanın paytaxtı Təbrizin "Traktor Sazi" klubu bu tur səfərdə "Foolad"ın qonağı olacaq.

Bu oyun "Traktor Sazi" üçün mühüm əhəmiyyət kəsb edir. Təbriz təmsilçisi liderliyini qaytarmaq üçün bu görüşdə mütləq qələbə qazanmalıdır. "Foolad" - "Traktor Sazi" oyunu Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Qeyd edək ki, "Traktor Sazi" 15 turdan sonra 28 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

2 dekabr

İran çempionatı, 16-cı tur

15:30. "Foolad" - "Traktor Sazi"

Xəbər 832 dəfə oxundu.