Cüdoçularımız “World masters” turnirində

Azərbaycan cüdoçuları yanvarın 14-də Almatıda başlanacaq “World masters” turnirində lisenziya xallarını daha yaxşılaşdıra bilərlər. İdman.com.az saytı Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yüksək reytinqli yarışda dünyanın ən yaxşı idmançıları iştirak edəcəklər. «Kiçik dünya çempionatı» sayılan bu sınaqda ölkəmizi keçən il Bakıda keçirilmiş eyni turnirin qalibləri - Elnur Məmmədli (81 kq) və Elxan Məmmədov (90 kq), eləcə də bürünc mükafatçılar İlqar Müşkiyev (60 kq) ilə Tərlan Kərimov (66 kq) təmsil edəcəklər. Qadınların mübarizəsində Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) tatami üzərinə çıxacaqlar.. Olimpiya seçimi baxımından qadın idmançılarımıza diqqət daha yüksək olacaqdır. Çünki kişilərimiz yüksək reytinq sayəsində olimpiadaya vəsiqəni əməli olaraq qazansa da, xanımlarımız bunu tam gerçəkləşdirməyiblər.

Xəbər 1200 dəfə oxundu.