Avropanın ən az top buraxan qapıçıları
Avropanın aparıcı futbol çempionatlarında qapısından ən az top buraxan qolkiperlər bəlli olub.

12 qolkiperin yer aldığı siyahıya "Bavariya"nın qapıçısı Manuel Noyer başçılıq edir.

Almaniya millisinin üzvü keçirdiyi 12 oyunun 9-da qapısını toxunulmaz saxlayıb. "Yuventus"un qolkiper Canluici Buffon ikinci, "Zenit"in çərçivə qoruyucusu Yuri Lodıqin isə üçüncü olub.

1. Manuel Noyer ("Bavariya") - 12 oyunun 9-da qol buraxmayıb.

2. Canluici Buffon ("Yuventus") - 12 oyunun 9-da qol buraxmayıb.

3. Yuri Lodıqin ("Zenit") - 14 oyunun 9-da qol buraxmayıb.

4. Klaudio Bravo ("Barselona") - 12 oyunun 8-də qol buraxmayıb.

5. Morqan de Sanktis ("Roma") - 10 oyunun 7-də qol buraxmayıb.

6. Freyzer Forster ("Sauthempton") - 12 oyunun 7-də qol buraxmayıb.

7. Stefan Ruffye ("Sent-Etyen") - 14 oyunun 7-də qol buraxmayıb.

8. İker Kasilyas ("Real", Madrid) - 10 oyunun 6-da qol buraxmayıb.

9. Ron-Robert Çiler ("Hannover") - 12 oyunun 6-da qol buraxmayıb.

10. Vinsent Enyama ("Lill") - 13 oyunun 6-da qol buraxmayıb.

11. Jefri Jurdran ("Monpelye") - 14 oyunun 6-da qol buraxmayıb.

12. Salvador Siriqu (PSJ) - 14 oyunun 6-da qol buraxmayıb.

Xəbər 836 dəfə oxundu.