"Sent Etyen"in stadionunda yanğın oldu
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sent-Etyen”in stadionunda yanğın baş verib.

Hadisə bu gün günorta saatlarında olub. Yanğın “Joffrua Qişar” stadionunun kiçik bir hissəsini əhatə edib.

Xoşagəlməz olay bu gün Fransa çempionatının növbəti turu çərçivəsində keçirilməli olan “Sent-Etyen” - “Lion” matçına təsir etməyəcək.

Xəbər 877 dəfə oxundu.