Millinin heyətində dəyişiklik edilib
Özbəkistanın paytaxtı Daşkənd şəhərində ilk dəfə təşkil edilən beynəlxalq turnirdə iştirak edən futzal üzrə milli komandamızın heyətində dəyişiklik edilib. Son məşqdə zədələnən Seymur Məmmədov heyətdən çıxarılıb. Onun əvəzinə heyətə “Fənərbağça” komandasının üzvü Vitali Borisov dəvət olunub.

Xəbər 816 dəfə oxundu.