Vaqif Sadıqov “Anji”dən ayrıldı

Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqov Rusiyanın “Anji” klubu ilə yolları ayırıb. İdman.com.az saytı xəbər verir ki, komandanın yeni baş məşqçisi Yuri Krasnojan həmyerlimizlə işləmək istəməyib.
Yenicə bu posta gətirilən rusiyalı mütəxəssis özü ilə başqa köməkçilər gətirdiyindən, həmyerlimizi komandada saxlamaq istəməyib.
Xatırladaq ki, Vaqif Sadıqov Mahaçqala klubunun sabiq baş məşqçisi Hacı Hacıyevin dəvəti ilə Rusiya klubuna getmişdi.

Xəbər 997 dəfə oxundu.