Paytaxtda kişi idman gimnastikası üzrə Azərbaycan və Bakı Birinciliyi keçiriləcək
Azərbaycan Gimnastika Federasiyası 5 dekabr tarixində kişi idman gimnastikası üzrə 21-ci Azərbaycan və Bakı Birinciliyini keçirəcək.

Yarışlarda Bakı Gimnastika Məktəbinin və Respublika Olimpiya Litseyinin yetirmələri iştirak edəcəklər. 2000-2008-ci il təvəllüdlü 23 gimnast mütləq çoxnövçülük üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Federasiya yarışları açıq elan etməkdən məmnunluq duyaraq, yenidən idman həvəskarlarını Milli Gimnastika Arenasına dəvət edir. (Giriş sərəbəstdir)

Yarışlar saat 09:30-da başlanır
Yarışların keçirilmə yeri: Milli Gimnastika Arenasının köməkçi zalı
Ünvan: H. Əliyev prospekti 108
Keçid: “Koroğlu” mt/s

Xəbər 784 dəfə oxundu.