Sumqayıt klubu “Cup of Elbrus”-da
01 dekabrda Sumqayıt şəhərində fəaliyyət göstərən Olimpiya və İdman kompleksin taekvondoçuları, Kabardin-Balkariya Respublikasına yollanır.Paytaxt Nalçikdə təşkil edilən ənənəvi “Cup of Elbrus”-da Sumqayıt klubu, ölkəmizi 21 idmançı ilə təmsil edəcək.Taekvondoçular, 3 dekabrda start veriləcək və 3 gün davam edəcək yarışa baş məşqçi Vurğun Cəfərovun rəhbərliyi ilə qatılaçaq.Vüqar Cəfərov isə koməkçi məşqçi kimi komandaya dəstək verəcək.

Nəzərinizə çatdıraq ki,Sumqayıt şəhər Olimpiya və İdman kompleksin taekvondoçuları, baş məşqçi Vurğun Cəfərovun rəhbərliyi ilə Türkiyə və Rusiya Federasiyasında bir sıra yarışlarda iştirak etmiş və uğurlu nəticələr ilə vətənə dönmüşlər.

Xəbər 1147 dəfə oxundu.