"Qalatasaray"ın yeni baş məşqçisi müəyyənləşdi
"Qalatasaray"ın yeni baş məşqçisi müəyyənləşib.

Dünən Çezare Prandellini istefaya göndərən klub rəhbərliyi Türkiyə millisinin məşqçisi Həmzə Həmzəoğlu ilə razılığa gəlib. Klubun saytı vasitəsi ilə yeni baş məşqçinin adını rəsmən açıqlayacağı gözlənilir.

Qeyd edək ki, H.Həmzəoğlu Türkiyə millisinin baş məşqçisi Fatih Terimin köməkçisi vəzifəsində çalışıb.

Xəbər 744 dəfə oxundu.