Avropa çempionatından 10 medal
Türkiyənin Antalya şəhərində keçirilən 3-cü Avropa çempionatı milli komandamız üçün uğurlu alınıb.Belə ki,15 ölkədən 75 taekvondoçunun iştirak etdiyi qitə çempionatına 12 idmançı ilə qatılan para-taekvondo üzrə millimiz vətənə 3 qızıl,2 gümüş və 5 bürünc medalla dönür.

Gərgin keçən çempionata qatılan idmançılarımızdan Nicat Müslümov (-75 kq)(K42),Aleksandr Poleşuk (+75 kq),Aynur Məmmədova (58 kq) (K44) qızıl medalqazanaraq fəxri kürsun ən yüksən pilləsinə qalxıblar.Rövşən Qəhrəmanlı (-61 kq)(K44) vəRövşən Rzayev (-75 kq) (açıq kateqoriya) isə final mərhələsində məğlub olaraq gümüş medala layiq görülmüşdür.

Digər taekvondoçulardan Namiq Abbasov (61 kq) (K43),Bahar Şıxəliyeva (-49 kq) (K44),Devran Məsənov (-61 kq) (K42),Anar Hüseynov (-61 kq) (K42) və Şamil Kərimov (61 kq) (açıq kateqoriya) yarışı bürünc medalla başa vurmusdur.

Qeyd edək ki,komandamız kişilər arasında Rusiyadan sonra 2-ci yer,qadınlar arasında Rusiya və Türkiyə komandasından sonra 3-çü yerə layiq görüldü. 25 idmançı ilə cempionata qatılan Rusiya mill komandası, komanda hesabında 1-ci yer,12-taekvondoçu ilə iştirak edən millimiz isə 2-ci yerdə qərarlaşdı.

Nəzərinizə çatdıraq ki, bu çempionatdan öncə para-taekvondo üzrə milli komandamız iki dəfə dünya birincisi,iki dəfə isə dünya ikincisivə bir dəfə Avropa ikincisiolmaqla yüksək göstərici ilə liderlər arasındadır. Taekvondoçularımızçempionata, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev,baş katibi Həmid Məmmədov,komandanın baş məşqçisi,əməkdar məşqçi ƏvəzTağıyev,böyük məşqçilər Yaşar Səfərov və Tərənnüm Bayramovun rəhbərliyi ilə qatılmışlar.

Komanda vətənə 28 noyabrda dönəcək.

Xəbər 1029 dəfə oxundu.