Bakı 2015 Avropa Oyunları möhtəşəm lazer şouda Qız Qalası üzərində simvollarını nümayiş etdirib
Bakı 2015 Avropa Oyunları möhtəşəm lazer şouda Qız Qalası üzərində simvollarını nümayiş etdirib

Bakı 2015 Avropa Oyunları dünən axşam keçirilmiş 3D animasiyadan ibarət möhtəşəm şouda əfsanəvi Qız Qalasının üzərində Avropa Oyunlarının simvolları olan Ceyran və Narı nümayiş etdirmişdir.

Bu cütlük möhtəşəm şounun yekun hissəsində nümayiş etdirilmiş və Bakı Bulvarının yaxınlığında keçirilən tədbirə toplanmış insan kütləsini heyran etmişdir. Nümayişdə həmçinin Oxatma, Basketbol, Boks, Velosiped idmanı və Qılıncoynatma idman növləri haqqında animasiyalar da təqdim olunmuşdur.

Ceyran və Nar Azərbaycanın mədəni tarixini və idman sahəsinin gələcəyini təmsil etmək məqsədilə bu həftə İlk Avropa Oyunlarının elçiləri elan edilmişdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna demişdir: “Dünən axşam keçirilən bu tədbir ilk dəfə olaraq möhtəşəm Qız Qalasının üzərində nümayiş etdirilmiş simvollarımızı görmək üçün toplanmış hər kəsə olduqca maraqlı oldu.

Qarşıdan gələn aylarda Ceyran və Nar Bakı 2015 Avropa Oyunlarının rəmzinə çevriləcək və mən əminəm ki, Avropa Oyunlarını izləmək üçün Bakı şəhərinə gələcək və bütün yaş kateqoriyasına daxil olan idman azarkeşləri arasında məşhurlaşacaq.

Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasiminədək geriyə sayıma davam edirik və bu cür əhəmiyyətli tarixləri qeyd etmək üçün xüsusi şou tədbirlər keçirəcəyik. Mən əminəm ki, bütün şəhər sakinləri keçirəcəyimiz hər bir tədbirdə bizə qoşulacaq.”

Xəbər 1020 dəfə oxundu.