Pakistanda Heydər Əliyev adına futbol turniri keçirilmişdir
Gənclər və İdman Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Pakistanın Abbotabad şəhərində keçirilmiş, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turnirində iştirak etmək məqsədi ilə 19-24 noyabr 2014-cü il tarixlərdə Pakistanda səfərdə olmuşlar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Pakistanın Mardan, Peşəvar və Abbotabad şəhərlərində olmuş, Xayber Paxtunxva Əyalətinin İdman naziri, əyalət polisin rəisi, Xayber Bankın icraçı direktoru, İslamiyyə Kolleci və Əbdül Vəli Xan Universitetlərinin rektorları və bir sıra digər rəsmilər ilə görüşlər keçirmişlər. Görüşlərdə qarşılıqlı maraq kəsb məsələlər və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir. Eyni zamanda, Azərbaycandan olan qonaqlar Malik Saad Futbol Akademiyasına, Peşavarda yerləşən “Daily Express” qəzetinin redaksiyasına da səfər etmişlər. Futbol turnirinin yarımfinal oyunları noyabrın 22-də, final oyunu isə noyabrın 23-də keçirilmişdir.

Abbotabad şəhərinin stadionunda “ Peşəvar ” və “ Mansehra” komandaları arasında keçirilmiş final qarşlaşmasını Xayber Paxtunxva əyalətinin informasiya və təhsil naziri Muştaq Qani Əhməd, əyalət hökumət və parlament üzvləri, media mənsubları, Azərbaycan nümayəndə heyətinin rəhbəri- Gənclər və İdman Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Vüqar Əhmədov, nazirliyin əməkdaşları Əliniyaz Mirzəyev, Nurlan Mərdan, Azərbaycan səfirliyinin əməkdaşları və çoxsaylı idman həvəskarları seyr etmişlər.

Turnirin qalibi “Peşəvar” komandası olmuşdur.

Final oyunundan sonra təntənəli təltifolunma mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən ali qonaq Muştaq Qani Əhməd Azərbaycandan gəlmiş nümayəndə heyətini salamlayaraq iki qardaş ölkələr arasında olan yüksək səviyyəli münasibətlərdən danışmışdır. O, Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaradılmasında olan əvəzsiz rolundan danışmış, Pakistan-Azərbaycan münasibətlərinin yaradıcısı olduğunu qeyd etmişdir. Bildirmişdir ki, Pakistan tərəfi, böyük siyasətçi Heydər Əliyevin xatirəsini əziz tutaraq onun şərəfinə futbol turniri keçirməyə qərar vermişdir. Çıxışdan sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri və nazir Muştaq Qani turnirin qalibi “Peşəvar” və ikinci yeri tutmuş “Mansehra” komandalarının kapitanlarına kubokları təqdim etmişlər. Peşəvar radiosu Ulu Öndər Heydər Əliyev haqqında geniş proqram hazırlamışdır.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Kuboku Pakistanın tarixində xarici vətəndaşın adını daşıyan ilk turnir olmuşdur.

Pakistanda keçirilmiş Heydər Əliyev Futbol Turniri Pakistanın elektron və çap mediası tərəfindən geniş işıqlandırılmışdır.

Dərc edilmiş məqalələrin bəziləri ilə aşağıdakı linklərdən tanış olmaq mümükündür:

(The News) http://www.thenews.com.pk/Todays-News-7-285511-Azerbaijan-sports-ministry-team-visits-Peshawar (The Nation) http://nation.com.pk/sports/22-Nov-2014/msst-football-team-to-visit-azerbaijan (Awaz Internet TV) http://www.awaztoday.com/News_MSST-football-team-to-visit-Azerbaijan_2_52166_Sports-News.aspx (PK Affairs news agency) http://www.affairs.com.pk/News_MSST-football-team-to-visit-Azerbaijan_52166

http://www.express.com.pk/epaper/index.aspx?Issue=NP_PEW&Page=Back_Page008&Date=20141125&Pageno=8&View=1

Xəbər 1003 dəfə oxundu.