Klubumuzun dünya çempionatının iştirakçısı Kiprdə yarışdı
Kiprin Limassol şəhərində ağır atletika gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan idmançıların 6-cı Avropa çempionatı davam edir. Noyabrın 24-də körpücük üzərinə gürcüstan idmançısı Tornike Todadze çıxıb. Bu idmançı bu ilin avqustunda Xırdalanda keçirilən klubumuzun ilk dünya çempionatının iştirakçısıdır. Həmin yarışda o, yaşı 20-yə qədər olan atletlərin mübarizəsində 4-cü olmuşdu.

Avropa çempionatında 69 kq çəki dərəcəsində yarışan Todadze, orada da eyni nəticəni göstərib. Tornike birdən qaldırma hərəkətində 131 kq-la 4-cü, təkanla qaldırmada isə 153 kq-la 7-ci olub.

Toplamda 284 kq (131+153) nəticə göstərən gürcü idmançı Avropa çempionatında 4-cü pilləyə sahib çıxıb.

Xəbər 959 dəfə oxundu.