Elnarə Abbasova Kiprdə mübarizəyə qoşuldu
Kiprin Limassol şəhərində gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan idmançıların 6-cı Avropa çempionatında növbəti yarış günüdür. Bu gün daha bir qadın idmançımız Elnarə Abbasova körpücük üzərinə çıxıb. O, 58 kq çəki dərəcəsində mübarizə aparıb.

Elnarə birdən qaldırma hərəkətində ilk sifariş verdiyi 73 kq-ı iki cəhddə ram etdi. Sonra 77 kq-lıq ştanqın da öhdəsindən gələn gənc atletimiz bu hərəkətdə 8-ci olub.

Abbasova təkanla qaldırma hərəkətinə 100 kq-ı başı üzərinə qaldırmaqla start verib. Növbəti iki cəhddə 105 kq-ı qaldıra bilməyən idmançı bu hərəkətdə 5-ci yeri tutub.

Toplamda 177 kq (77+100) nəticə göstərən Elnarə Abbasova Avropa çempionatında 7-ci pillədə qərarlaşıb.

Xəbər 1690 dəfə oxundu.