Boks üzrə Bakı birinciliyi keçirilib

Yanvarın 4-dən 8-nə qədər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Hövsan Olımpiya İdman Kompleksində yeniyetmələr arasında boks üzrə paytaxt birinciliyi keçirilib. Yarışda 20 idman cəmiyyətini təmsil edən 155 boksçu 13 çəki dərəcəsində mübarizə aparıb.

Birincilikdə Pərviz Quliyev (46 kq, “Rabitə” İK), Elmir Şəfizadə (48 kq, “Rabitə” İK), Davud Hüseynli (50 kq, “Təhsil” RİM), Araz Gülməmmədov (52 kq, “Rabitə” İK), Rahid Həbibzadə (54 kq, “Rabitə” İK), Şamil İbrahimzadə (57 kq, “Rabitə” İK), Cavid Quliyev (60 kq, “Neftçi” İSM), Rövşən Musayev (63 kq, “Neftçi" İSM), Ramil Hacıyev (66 kq, “Rabitə” İK), Şamil Əliyev (70 kq, “Rabitə” İK), Şükran Mehdiyev (75 kq, “Neftçi” İSM), Orxan Əliyev (80 kq, 13 saylı UGİM), Rüstəm Həsənov (+80 kq, “Turan” İK) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

Mükafata layiq yerlər tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 1719 dəfə oxundu.