Bələdiyəspor yenə öndə
Voleybol üzrə qadınların Challenge Kubokunun 2-ci dövr cavab matçında Bursa Böyükşəhər Bələdiyəspor səfərdə Avstriyanın UVC Holding komandasını 3:0 hesabı ilə məğlub edib.

Graz şəhərində oynanılan və 63 dəqiqə davam edən qarşılaşmada Bursa Böyükşəhər Bələdiyəspor setləri 25-11, 25-12 və 25-13 qazanıb.
      
Qeyd edək ki, Bursa Böyükşəhər Belediyespor oynadığı ilk oyununda da rəqibini eyni hesabla məğlub edib.

Xəbər 920 dəfə oxundu.