Messidən daha bir rekord
“Barselona”nın futbolçusu Lionel Messi yeni rekorda imza atıb.

Argentinalı hücumçu Çempionlar Liqasının qrup mərhələsində hazırda APOEL-lə keçirilən oyunda dubl etməklə sözügedən turnirdə ən çox qol vuran futbolçu olub.

Aktivinə 72-ci qolu yazdıran Messi Raul Qonzalesi (71 qol) geridə qoyub. O, “Ayaks”la keçirilən oyunda iki qol vuraraq Kriştian Ronaldonu qabaqlamışdı.

Qeyd edək ki, ÇL-da 70 dəfə fərqlənən Ronaldo bu gün “Bazel”lə keçirilən oyunda Messini yenidən geridə qoya bilər.

Xəbər 762 dəfə oxundu.