AFFA daha bir komitə yaradır
AFFA prezidentinin əmrinə əsasən assosiasiyada Azərbaycan Premyer Liqasında çıxış edən klubların nümayəndələrinin iştirakı ilə Klublar Komitəsi yaradılacaq.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bununla əlaqədar olaraq baş katibliyə tapşırılıb:

1. Klublar Komitəsinin Əsasnaməsinin hazırlanması.

2. Klublar Komitəsinin iş prinsipinin müəyyənləşməsi.

3. Klublar Komitəsi Azərbaycan Premyer Liqası klublarının nümayəndələrinin iştirakı ilə operativ olaraq fəaliyyətə başlasın.

Qeyd edək ki, bir müddət əvvəl AFFA-da Məşqçilər Komitəsinin yaradılması haqda qərar verilib.

Xəbər 873 dəfə oxundu.