“Neftçi”nin hazırlığı 2 mərhələdən ibarət olacaq

“Neftçi” klubunun qış fasiləsindəki hazırlıq planları rəsmən açıqlanıb. İdman.com.az-ın məlumatına görə, çempionatın lideri yanvarın 11-dən fevralın 4-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.
Unibank Premyer Liqasının qarşıdakı oyunlarına hazırlıq məqsədi ilə bayraqdar "Mərdan" mehmanxanasında məskunlaşacaq. Yanvarın 11-də qonşu ölkəyə yola düşəcək komanda elə həmin gün otelin meydançasında məşq edəcək. Məşqin Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulub.
İki mərhələdən ibarət olacaq hazırlığın ilk etapı əsasən fiziki məşqlərə həsr olunacaq. Həmin dönəmdə 2-3 yoxlama matçının keçirilməsi də planlaşdırılıb. Təlim-məşq toplanışının ikinci mərhələsində isə bakılılar yanvarın 28-dən fevralın 3-dək keçiriləcək Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.
"Neftçi" Bakıya fevralın 4-də qayıdacaq.

Xəbər 992 dəfə oxundu.