"Mançester Siti"dən Messi açıqlaması
"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Messini transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirilib.

O, argentinalı hücumçu ilə maraqlanmadıqlarını deyib:

"Messi üçün "Barselona"ya təklif göndərməyi düşünmürük. Yayılan xəbərlər şayiədir. Messi qırdığı rekordlarla "Barselona" üçün önəmli futbolçu olduğunu göstərir".

Qeyd edək ki, "Mançester Siti" Messiyə görə 250 milyon avrosundan keçəcəyinə razı olduğu iddia edilirdi.

Xəbər 959 dəfə oxundu.