"Real" Ançelotti ilə müqavilə yeniləyir
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti komandası ilə müqavilə yeniləyəcək.

Madrid təmsilçisinin rəhbərliyi italiyalı mütəxəssisin işindən razıdır.

Bu səbəbdən rəhbərlik Ançelotti ilə müqavilənin müddətini 2017-ci ilə qədər uzatmağı planlaşdırır. Lakin hələlik tərəflər maliyyə məsələsində razılığa gəlməyiblər. Bununla belə, ilin sonuna qədər tərəflər arasında yeni müqavilənin imzalanacağı gözlənilir.

Qeyd edək ki, 2013-cü ildən "Real"ı çalışdıran 55 yaşlı mütəxəssis ötən mövsüm komandası ilə Çempionlar Liqasının qalib olub.

Xəbər 828 dəfə oxundu.