PFL "Simurq" – "Qarabağ" matçının vaxtını dəyişdi
Azərbaycan Premyer Liqasının XIV turunda keçiriləcək “Simurq” – “Qarabağ” matçının vaxtı dəyişdirilib.

İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi noyabrın 29-da deyil, noyabrın 30-da keçiriləcək.

Dəyişikliyə “Qarabağ”ın noyabrın 27-də Avropa Liqasının qrup mərhələsinin V turunda Fransada “Sent Etyen”lə qarşılaşması səbəb olub.

Xəbər 995 dəfə oxundu.