Masallı boksçularının daha bir uğuru
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Respublika Oyunlarının proqramına daxil olan boks üzrə zona yarışlarının yekununa əsasən 20-25 noyabr tarixlərində Balakən rayonunda final mərhələsi keçirilib.

11 çəki dərəcəsində 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən final yarışında Masallı rayon Gənclər və idman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər idman məktəbinin komandası 4 nəfər idmançıyla təmsil olunub.

Gərgin mübarizə şəraitində keçirilən yarışda Masallı rayonunu təmsil edən idmançılar rayonun adını bir daha yüksəklərə qaldırıblar.

Yarışın yekunun rəyinə əsasən Elnur Məmmədov (50 kq) ikinci yerə, Qəyyum Tahirov (32 kq) üçüncüyə yerə layiq görülüb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə təltif olunub.

Xəbər 720 dəfə oxundu.