Cüdo üzrə rayon birinciliyi keçirilib
Noyabrın 23-də Salyan OİK-də cüdo idman növü üzrə uşaqlar və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib.

Azərbaycan Cüdo Federasiyası tərəfindən təsdiq edilmiş qaydalara əsasən 3 yaş qrupunda 26, 29, 32, 35, 38, 42, 46, 50, 54, 58, 63, 63+ kq çəki dərəcələri üzrə keçirilən yarışın məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzini aşılamaq, onlarda vətənpərvərlik ruhunu aşılamaq, rayonun perspektivli idmançılarını aşkar etməkdən ibarət olub.

Birincilikdə rayonun idmançıları ilə yanaşı Bakı və Sumqayıt şəhərlərinin idmançıları da iştirak ediblər.

Sonra dövlət himni səsləndirilib və yarışlara start verilib. Yarışları respublika dərəcəli hakim Ələkbər Əliəfsərov idarə edib. 12 çəki dərəcəsi üzrə 190 nəfər idmançının mübarizə apardığı birincilikdə hakimlər heyətinin köməyi ilə qaliblər müəyyən olunub.

Sonda komanda hesabında Bakı idmançıları birinci yerə, Salyan ikinciyə, Sumqayıt üçüncüyə layiq görülüblər.

Qaliblər Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 1047 dəfə oxundu.