Ronaldoya söyüş söydülər
İspaniya La Liqasının 12-ci turunun "Eybar - "Real" matçında (0:4) xoşagəlməz hadisə baş verib.

Bu oyunda dubl edən Madrid klubunun futbolçusu Kriştiano Ronaldonu "Eybar" azarkeşləri təhqir ediblər.

83-cü dəqiqədə portuqaliyalı oyunçu əvəzlənib meydanı tərk edən zaman qonaq komandanın azarkeşlərinin ona portuqal dilində söyüş söyməsinə təəccüblənib. Ronaldo əllərini yana açaraq bu hərəkətə etirazını bildirib.

Xəbər 834 dəfə oxundu.