Millimiz qələbə qazandı
Xorvatiyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Slaven Belupo” klubunun U-18 komandası ilə qarşılaşan yığmamız 3:2 hesabı ilə qələbə qazanıb.

Pilağa Mehdiyevin dubl etdiyi oyunda, yığmamızın digər qolunu Kənan Səfərov vurub.

Xəbər 791 dəfə oxundu.