Avropa Triatlon İttifaqi Azərbaycan Federasiyasının kateqoriyasını yüksəldib
Avropa Triatlon Ittifaqi (ETU) Azərbaycan Triatlon Federasiyasının cari klassifikasiyadakı kateqoriyasını yüksəldib.

Bu barədə ETU rəhbəri Renato Bertrandinin məktubunda bildirilir. O, qeyd edib ki, by yaxınlarda Brüsseldə ETUnun İnkişaf üzrə Komitəsi milli assosiasiyaların klassifikasiyası məsələsinə baxıb. Bu qiymətləndirmə ölkədə triatlonun inkişafı və Federasiyanın nailiyyətləri prizmasından həyata keçirilir. Buna rəğmən ETU İcraiyyə Komitəsi Azərbaycanın cari reytingdəki kateqoriyasını ikinciudən üçüncüyədək qaldırıb.

Bertrandi öz naməsində azərbaycanlı həmkarlarına triatlonun ölkədəki inkişafındakı nailiyyətlərə görə minnətdarlığını bildirərək, bu idman növünə yenicə qoşulan hər bir kəsə uğurlar diləyib.


Xəbər 714 dəfə oxundu.