Cüdo üzrə rayon turniri keçirilib
“Muğan- Babazanlı” abidələrinin 2800 illik yubileyinə həsr edilmiş tədbirlər planına uyğun olaraq oktyabrın 18-də Salyan Olimpiya idman kompleksində yeniyetmələr arasında cüdo üzrə rayon turniri keçirilib.

Turnirin keçirilməsində məqsəd cüdo idman növünün kütləviliyinə nail olmaq, Salyan rayonu haqqında tarixi məlumatları yarış iştirakçılarının diqqətinə çatdırmaq və perspektivli idmançıları aşkar etmək olub.

Turnirdə rayonumuzun cüdo idman bölmələri ilə yanaşı Bakı və Şirvan şəhərlərinin, Sabirabad, Hacıqabul və Neftçala rayonlarından 100-ə yaxın idmançı iştirak edib.

Birincilik Azərbaycan Kikboksinq Federasiyası tərəfindən təsdiq edilmiş qaydalara əsasən uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilib.

Sonda qaliblər Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 1341 dəfə oxundu.