Oyunların keçiriləcəyi ölkələr müəyyənləşib
Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq U-17 (qızlar) və U-19 (qızlar) yığmaların oyunlarının keçiriləcəyi ölkələr məlum olub. Belçika, Çexiya, Gürcüstan komandaları ilə eyni qrupda mübarizə aparacaq U-17-nin oyunları Belçikada keçiriləcək. Bu qrupun oyunları 29 sentyabr - 4 oktyabr tarixlərində təşkil olunacaq.

Belçika, Uels və Xorvatiya yığmaları ilə eyni qrupda mübarizə aparacaq U-19-un oyunları isə Uelsdə keçiriləcək.

Qeyd edək ki, U-19-un oyunları 15-20 sentyabr tarixlərində təşkil olunacaq.

Xəbər 839 dəfə oxundu.