"Simurq"dan ilk, antirekord toxunulmaz qaldı | |
Azərbaycan Premyer Liqasının XII turu Zaqatalanın “Simurq” klubu üçün tarixi əhəmiyyət kəsb edib. İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, əyalət təmsilçisi tarixində ilk dəfə “Neftçi” ilə ev oyununda qalib gəlib. “Simurq” ölkə çempionatları tarixində 11-ci cəhddə “ağ-qaralar”ı məğlub yola salıb. Bunadək səfərdə 6 qələbə qazanıb, 4 heç-heçə edən “Neftçi” 0:1 hesabı ilə uduzub. 03.05.2007 Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:1 19.04.2008 Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:0 08.03.2009 Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:2 26.12.2009 Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:0 19.02.2011 Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:3 30.09.2011 Simurq (Zaqatala) - Neftçi (Bakı) - 1:2 17.02.2013 Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:2 13.04.2013 Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:1 27.10.2013 Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:0 17.05.2014 Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:0 20.11.2014 Simurq (Zaqatala) - Neftçi (Bakı) - 1:0 Bununla da “Neftçi” eyni rəqiblə səfər oyunlarındakı məğlubiyyətsizlik seriyasında rekordu təkrarlaya bilməyib. “Simurq”un ev antirekorduna cəmi 1 görüş qalmış seriya qırılıb. Azərbaycan çempionatlarının rekordu isə “Kəpəz”ə məxsudur. MOİK Gəncə təmsilçisi ilə ardıcıl 11 oyunda qələbə qazana bilməyib. Hazırda aşağı dəstədə çıxış edən klubların Premyer Liqa çərçivəsində Bakıda baş tutan 11 matçında qonaqlar 7 qələbə qazanıb, 4 dəfə heç-heçə qeydə alınıb. “Neftçi” bu dəfə də səfərdən xalla dönsəydi, “Kəpəz”in rekordunu təkrarlayacaqdı. “Simurq” isə MOİK-in antirekorduna şərik çıxacaqdı. 26.11.1995 OİK (Bakı) - Kəpəz (Gəncə) - 0:4 16.11.1996 OİK (Bakı) - Kəpəz (Gəncə) - 0:1 18.10.1997 OİK (Bakı) - Kəpəz (Gəncə) - 1:1 27.02.1999 MOİK (Bakı) - Kəpəz (Gəncə) - 0:0 22.04.2000 OİK (Bakı) - Kəpəz (Gəncə) - 1:2 23.09.2001 MOİK (Bakı) - Kəpəz (Gəncə) - 1:1 02.08.2003 MOİK (Bakı) - Kəpəz (Gəncə) - 0:1 20.11.2004 MOİK (Bakı) - Gəncə - 0:0 18.12.2005 MOİK (Bakı) - Gəncə - 0:3 02.10.2010 MOİK (Bakı) - Gəncə - 0:5 17.04.2011 MOİK (Bakı) - Gəncə - 0:2 |
|
Xəbər 825 dəfə oxundu. |
|
|