"Traktor Sazi"nin növbəti sınağı
İran çempionatında 14-cü turun oyunları keçirilir.

Cənubi Azərbaycanın paytaxtı Təbrizin "Traktor Sazi" klubu səfərdə "Naft Tehran"ın qonağı olacaq.

"Traktor Sazi" klubu Tehran təmsilçisinə qalib gələcəyi təqdirdə liderliyini bir qədər möhkəmləndirəcək. Oyun Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Qeyd edək ki, 14 turdan sonra 28 xal toplayan Təbriz klubu turnir cədvəlinə başçılıq edir.



21 noyabr

İran çempionatı, 14-cü tur

15:30. "Naft Tehran" - "Traktor Sazi"

Xəbər 943 dəfə oxundu.