"Barselona"nın prezidenti Messi iddialarına son qoydu
Lionel Messinin "Barselona"dan ayrılacağı ilə bağlı yayılan iddialara son qoyulub.

Klubun prezidenti Josep Mariya Bartomeu deyib ki, argentinalı hücumçu başqa kluba transfer olunmayacaq: " Nə bizim Messini satmaq, nə də onun buradan ayrılmaq fikri var. Lionel "Barselona"da xoşbəxtdir. Messinin bizdən müqavilənin uzadılması ilə bağlı istəyi olmayıb. O, hələ də dünyanın ən yaxşı futbolçusudur".

Qeyd edək ki, "Barsa"nın 2016-ci ildə Messini satacağı iddia edilirdi.

Xəbər 854 dəfə oxundu.