Falkao yenidən zədələndi
"Mançester Yunayted" klubunun hücumçusu Radamel Falkao yenidən zədələnib.

Bu barədə Mançester təmsilçisinin baş məşqçisi Lui van Qal açıqlamasında deyib.

Hollandiyalı mütəxəssis Falkaonun iki həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib: "Falkaonun yeni zədəsi var. Onun yaşıl meydanlara qayıtması üçün ən azı iki həftə lazımdır".

Xəbər 824 dəfə oxundu.