"Qızıl top" Ronaldoya verilməsə, yeni qalmaqal olacaq"
"Real" (Madrid) klubunun müdafiəçisi Pepe maraqlı fikirləri ilə diqqət çəkib.

"Marca" qəzetinə danışan portuqaliyalı futbolçu bu il "Qızıl top" mükafatının komanda yoldaşı Kriştiano Ronaldoya verilməməsinin yeni qalmaqala səbəb ola biləcəyini iddia edib:

"Ronaldo heç vaxt bu qədər yaxşı olmayıb. Son üç ayda 23 qol vurub. "Qızıl top"u qazanması üçün daha nə etməlidir? O, hazırda dünyanın ən yaxşı futbolçusudur. Buna görə əgər "Qızıl top" mükafatı ona verilməsə, bu yeni qalmaqala səbəb olacaq".

Xəbər 854 dəfə oxundu.