İspaniyanın 86 oyunluq seriyası başa çatdı
Dünən oynanılan matçda Almaniyaya məğlub olan İspaniya, 86 oyunluq seriyanı başa çatdırıb.

6 ildir davam edən bu seriya da sona çatıb. Bu müddət ərzində oynadığı 86 matçda topa sahib olma göstəricisində ispanlar rəqiblərindən üstün olmuşdular. Amma dünənki qarşılaşmada İspaniyanın bu göstəricisi 48,2 %-ə bərabər olub. Rəqibdə isə 51,8 %-dir.

Sonuncu dəfə İspaniyadan bu komponentdə məhz elə almanlar 2008-ci il Avropa çempionatının finalında üstün olmuşdular. Maraqlıdır ki, həmin görüşdə İspaniya qalib gələrək Avropa çempionu olmuşdu.

Xəbər 835 dəfə oxundu.