“Ən çox sevdiyim idman növü”

Təhsil Nazirliyi cari tədris ilinin ikinci yarısında ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ən çox sevdiyim idman növü” mövzusunda respublika rəsm müsabiqəsi keçirəcək.

AzərTAc Nazirliyə istinadən bildirir ki, məqsəd iyun ayında Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına maraq oyatmaq, olimpiya idman növlərini məktəblilər arasında təbliğ etməkdir.

Müsabiqə rayon (şəhər) və respublika mərhələləri üzrə təşkil olunacaq.

Xəbər 2468 dəfə oxundu.