Ağcabədidə rayon turniri keçirilib
13-18 noyabr tarixlərində Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə 17 noyabr Milli Dirçəliş gününə həsr olunmuş futbol üzrə gənclər arasında rayon turniri keçirilib.

Ağcabədi rayon mərkəzi stadionunda 165 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi rayonda futbol idman növünün inkişaf etdirilməsi olub.

Sonda birinci yerə Hacıbədilli kənd, ikinciyə 12 saylı, 7 saylı tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 905 dəfə oxundu.