Di Mariya zədələndi
"Mançester Yunayted"in futbolçusu Anxel di Mariya zədələnib.

Argentina millisinin yarımmmüdafiəçisi Portuqaliyaya qarşı yoldaşlıq matçında zədə alıb və 61-ci dəqiqədə əvəzlənib. Onun tibbi müayinədən keçmək üçün xəstəxanaya aparıldığı bildirilib.

Qeyd edək ki, Argentina - Portuqaliya oyunu ikincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 867 dəfə oxundu.