“Araz”ın növbəti sınağı
Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunda növbəti oyunlar keçiriləcək.

“Dördlər finalı”na vəsiqə uğrunda B qrupunun oyunları keçiriləcək.

Təmsilçimiz “Araz” da bu gün növbəti oyununa çıxacaq. Komandamızın rəqibi Rusiyanın “Dina” klubu olacaq. Komandamız növbəti mərhələyə vəsiqə qazanmaq üçün bugünkü oyundan qalib gəlməlidir.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, “Araz” ilk turda Slovakiyanın “Slov-Marik” klubuna 3:4 hesabı uduub.



19 noyabr

UEFA kuboku, elit-raund

18:30.“Dina” (Rusiya) - “ARAZ” (Azərbaycan)

Xəbər 924 dəfə oxundu.