"Real"a böyük şok
"Real"ın futbolçusu Luka Modriçin zədəsi gözləniləndən də ciddidir.

Tibbi müayinədən keçən 30 yaşlı yarımmüdafiəçinin ən azı 12, ən çoxu isə 16 həftə yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.

Qeyd edək ki, Xorvatiya millisinin futbolçusu L.Modriç "Avro-2016"nın seçmə mərhələsində İtaliyaya qarşı matçda zədələnib. Onun əvvəlcə üç həftə oynamayacağı gözlənilirdi.

Xəbər 857 dəfə oxundu.