Masallıda otüstü hokkey üzrə açıq rayon birinciliyi keçirilib
13-19 noyabr il tarixlərində Masallı Olimpiya Kompleksində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Milli Dirçəliş Günü”nə həsr olunmuş 1999-2002-ci il təvəllüdlü oğlanlar arasında otüstü hokkey üzrə açıq rayon birinciliyi keçirilib.

Gərgin mübarizə şaraitində keçirilən yarışda bütün rəqiblərinə qalib gələn Sumqayıt şəhərinin Gənclik komandası birinci yerə və eyniadlı Şəhərin UGİM-2 komandası ikinciyə, Masallı rayon komandası üçüncüyə layiq görülüblər.

Qalib komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 941 dəfə oxundu.