Kapello: “Nə istefa?”
Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello istefaya göndəriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Jurnalistlərlə söhbətində o deyib: “Nə istefa? Mənə bu haqda heç kim heç nə deməyib”.

İstefaya göndəriləcəyi halda, çoxmilyonluq təzminatdan imtinasının mümkünlüyü haqda suala cavabında italiyalı mütəxəssis qısaca olaraq bildirib: “Mən düz beş aydır maaş almıram”.

Xəbər 805 dəfə oxundu.