"Qəbələ"də yeni futbolçu

"Qəbələ" Türkiyə Superliqası klublarından "Mərsin İdman Yurdu"nda çıxış edən Yannik Kamananın keçidini həll edib.

İdman.com.az saytının xəbərinə görə, artıq futbolçu ilə 2,5 il müddətinə müqavilə bağlanıb.

Karyerası ərzində İngiltərədə "Tottenhem", Fransada "Strasburq", "Dijon", "Ayaçço", İsraildə Təl-Əviv "Makkabi"si kimi klubların heyətində çıxış etmiş Yannik son 3 ili Türkiyə Superliqasında keçirib və bu müddət ərzində "Sivasspor"un (2,5 mövsümə 40 oyuna 15 qol) və "Mərsin İdman Yurdu"nun (8 oyun) heyətində çıxış edib.

Xəbər 951 dəfə oxundu.