"Qarabağ"ın futbolçusu millimizin rəqibinə qarşı
Bu gün dünyanın yaşıl meydanlarında bir neçə yoldaşlıq görüşü keçiriləcək.

"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən yalnız İtaliya yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Yığmamızın qrupunda Xorvatiya ilə liderliyi bölüşən Antonio Kontenin komandası "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya ilə qarşılaşacaq.

Qeyd edək ki, İtaliya - Albaniya oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

18 noyabr

Beynəlxalq yoldaşlıq oyunu

23:45. İtaliya - Albaniya

Xəbər 838 dəfə oxundu.