«Bakı» ilk məğlubiyyətini aldı
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yaranmış fasilə başa çatıb. İdman.com.az saytının məlumatına görə, V turda 3 qarşılaşma baş tutub. Bakı İdman Sarayında keçirilmiş matçlarda favoritlər növbəti qələbələrini qazanıblar. Ölkə çempionu «Rabitə» məğlubiyyət acısı dadmayan «Bakı»nı 3 setdə məyus edib.
«İqtisadçı»nın istirahət etdiyi turda debütantlar - «Azəryolservis»lə «Lokomotiv Biləcəri» klubları üz-üzə gəliblər. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdəbirincilər autsayderə şans verməyiblər.
Tura «Lokomotiv» – «Azərreyl» oyunu ilə yekun vurulub. Ötən mövsüm “Çelenc Cup”ın finalında üz-üzə gələn bu komandaların duelində qalib tay-brekdə müəyyənləşib. «Azərreyl» avrokubokda olduğu kimi, bu dəfə də rəqibindən üstün olub.
Qeyd edək ki, növbəti görüşlər yanvarın 22-də keçiriləcək.

6 yanvar
V tur

«Lokomotiv» – «Azərreyl» - 2:3 (16:25, 25:23, 25:20, 23:25, 11:15)
Hakimlər: Eldar Zülfüqarov, Rauf Hacıyev

«Bakı» – «Rabitə» - 0:3 (16:25, 23:25, 18:25)
Hakimlər: Vüqar Cəfərov, Murad Abdurahmanzadə

«Azəryolservis» – «Lokomotiv Biləcəri» - 3:0 (25:11, 25:22, 25:18)
Hakimlər: Konstantin Selin, Ceyhun İsmayılov


O Q M S T X

1.«Bakı» 5 4 1 12-3 361:297 9
2.«Rabitə» 3 3 0 9-1 242:178 6
3.«Azərreyl» 3 3 0 9-3 286:237 6
4.«Azəryolservis» 4 1 3 5-9 295:315 5
5.«Lokomotiv Biləcəri»5 0 5 0-15 235:376 5
6.«Lokomotiv» 3 1 2 5-6 148:2 20 4
7.«İqtisadçı» 3 1 2 4-7 240:266 4


Xəbər 1073 dəfə oxundu.