Marina Durunda İtaliya Çempionatının 3-cü mərhələsində çıxış edib | |
Bu həftəsonu Azərbaycan gimnastı Marina Durunda klublararası ənənəvi A1 İtaliya Çempionatının növbəti mərhələsində iştirak edib. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən, gimnastımızın çıxış etdiyi Ketinin “Armonia di Abrutso” klubu 2-ci yerdə qərarlaşıb. Marina Durundanın gürzlərlə çıxışında 17.050 xal alması, “Armonia di Abrutso” komandası üçün əhəmiyyətli töhfə oldu və yarış nəticələrinə əsasən komanda 99.450 xal qazandı. Yarışın əsas mərhələsi 28-30 noyabr tarixlərində baş tutacaq. Digər gimnastımız Ayşən Bayramova 14-16 iyun tarixlərində Avstriyanın İnsbruq şəhərində keçirilən bədii gimnastika üzrə Qran-pri yarışlarının əsas mərhələsində ölkəmizi təmsil edib. Çoxnövçülük üzrə təsnifat mərhələsinin nəticələrinə əsasən gimnastımız ümumi çətinliyə görə 62.667 xalla 11-ci yerdə qərarlaşıb. |
|
Xəbər 851 dəfə oxundu. |
|
|